“Xəzər-Lada” ASC-nin 2020-ci ili 391 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2019-cu ilə nisbətən 95,5% və yaxud təxminən 2 dəfə çoxdur.
Ötən il “Xəzər-Lada”nın vergiyə.ədərki mənfəəti 486 min manat (əvvəlki illə müqayisədə 94,4% çox), mənfəət vergisi ödəmələri isə 97 min manat (94% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 15.974 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% çoxdur. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 6.7% azalaraq 5.732 milyon manata düşüb, balans kapitalı isə 6.1% artaraq 10.242 milyon manata çatıb.
Xatırladaq ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445.8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29.8%-i Lyudmila Nazarenkoya, 19.4%-i Fəxrəddin Qasımzadəyə (“Xəzər-Lada”nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8.2%-i 147 fiziki şəxsə məxsusdur.