23 C
Baku
Tuesday, April 23, 2024

XƏZİNƏDAR – “Vijn Fond AzərKredit” MMC – (Quba filialı)

Tələblər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;a
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;

Öhdəliklər:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
  • Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasında filialın xəzinəsinə daxil/xaric etmək;
  • Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
  • Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
  • Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
  • Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
  • Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 15 Sentyabr 2015-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Quba Kassir (Xəzinədar)’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]                       Fax: (+994 12) 597 30 39                     www.azercredit.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər