26 C
Baku
Saturday, April 20, 2024
Home Vakansiya Xəzinədarlıq departamenti Direktorunun Müavini – “Rabitabank” ASC 

Xəzinədarlıq departamenti Direktorunun Müavini – “Rabitabank” ASC 

0
Xəzinədarlıq departamenti Direktorunun Müavini – “Rabitabank” ASC 

Rabitabank” ASC Xəzinədarlıq departamenti Direktorunun Müavini vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandaya nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifəyə olan tələblər:

• Xəzinədarlıq sahəsində qayda və prosedurların hazırlanmasında Xəzinədarlıq departamentinin direktoruna yardım edir;
• Bankın likvidlik və valyuta mövqeləri barəsində birbaşa rəhbərinə və sahə kuratoruna  məlumat verir;
• Likvidliyin və valyuta mövqeyinin effektiv idarə edilməsi üçün maliyyə alətləri barəsində birbaşa rəhbərinə və sahə kuratoruna  təkliflər verir və APİK-in Xəzinədarlıq departamentinə aid qərarların icrasını təmin edir;
• Xəzinədarlıq sahəsində tətbiq edilən MB-nın prudensial normativlərinə riayət edilməsinə riayət edir;
• Vaxtında və müəyyən edilmiş formada birbaşa rəhbərinə hesabatlar verir;
• Sərbəst pul vəsaitlərinin maliyyə bazarlarında effektiv idarə edilməsini tənzimləyir;
• Xəzinədarlıq Departamenti işinə aid olan əməliyyatların və sənədlərin bütün normativ və bankdaxili qaydalara uyğun olmasını təmin edir;
• Dilinq şöbəsi və onun işçiləri tərəfindən bağlanmış əqdlərin onlara ayrılmış limitlər çərçivəsində olmasına nəzarət edir;
• Departamentin illik büdcəsinin hazırlanması, büdcənin yerinə yetirilməsinə nəzarət edir;
• Maliyyə bazarlarını təhlil edir, yeni tərəfdarların cəlb edilməsi və müştərilərlə əməliyyatların həcminin artırılması məqsədi ilə səy göstərir, yeni məhsullar işləyib hazırlayır;
• Bankdaxili sistemin işin keyfiyyətinin təkmilləşdirilməsi məqsədi ilə qayda və prosedurlar hazırlayır, təkliflər verir;
• Mövcud bazar risklərini (faiz, valyuta, qiymət) müəyyən edir, bazar əməliyyatlarının risk/gəlirlilik profili üzrə optimal şəkildə aparılmasını təmin edir;
• Xəzinədarlıq departamentinin, eləcə də bankın filiallarının məsul işçiləri üçün treninqlər keçirir;
• Aktiv və passivlərin struktur təhlilini aparır;
• Mənfəətliliyin artırılması məqsədi ilə birbaşa rəhbəri tərəfindən tapşırılmış layihələrin realizasiyasında iştirak edir.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Xəzinədarlıq sahəsində azı 3 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışma və yazma qabiliyyəti;
• MS Office və Bank proqramlarında sərbəst işləmək bacarığı;
• Vətəndaş qüsursuzluğuna malik olmaq;
• Yüksək diqqət, nəzarət etmə bacarıqları;
• Kollektivdə işləmək qabiliyyəti, yüksək kommunikasiya bacarıqları;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Xəzinədarlıq Departamenti Direktorunun Müavini göstərməyiniz xahiş olunur.