Xəzinədarlıq Departamentində Köməkçi
Tələblər:
 Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
 Güclü analitika bacarığı, detallara diqqət
 Dil biliyi: Azərbaycan və Rus mükəmməl, İngilis dili yaxşı səviyyədə
 Yazılı və şifahi kommunikasiya bacarığı
 Bütün namizədlər maliyyə/riyaziyyat üzrə testdən keçməlidir
Vəzifələr:
 Likvidlik və faiz dərəcəsi riskləri üzrə hesabatların hazırlanması, Bankın risk limitlərinin idarə edilməsi
 Maliyyələşmə xərcləri və faiz risklərinə əsasən bank məhsullarının daxili qiymətləndirilməsi
 Bankın yerli və beynəlxalq tərəfdaşları ilə ünsiyyət
 Departament daxilində digər gündəlik vəzifələr, dokumentasiya, əməliyyatlara nəzarət.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.


 
                                    





