6 C
Baku
Sunday, December 15, 2024

“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırır

İlon Maska məxsus “X” sosial şəbəkəsi işçiləri üçün təhdidlərə görə Braziliyadakı ofisini bağlayır.

Bu barədə şirkətin sosial şəbəkədə dərc olunan məlumatında deyilir.

“İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyəti dərhal dayandırmaq qərarına gəldik”, – qurumdan bildirilib.

Məlumata görə, X şirkətinə braziliyalı hakim Aleşandri de Moraysin gizli qərarı daxil olub. O, nümayəndəliyin hüquq məsləhətçisini müəyyən hesabların bloklanması əmrini yerinə yetirmədiyi təqdirdə həbs edilməklə hədələyib.

Şirkətin məlumatına görə, lakin sosial şəbəkə Braziliya istifadəçiləri üçün əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər