22 C
Baku
Thursday, May 2, 2024

“X” sosial şəbəkəsinin bazar dəyəri 19 mlrd. dollara düşüb

“Twitter” (indiki “X”) amerikalı iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra 55% ucuzlaşıb. Bu barədə şirkətin daxili sənədlərinə istinadən “The Verge” nəşri yazıb.

Qeyd edək ki, Mask “Twitter”i 44 milyard dollara alıb, indi isə sosial şəbəkəinin dəyəri 19 milyard dollar və ya hər səhm üçün 45 dollar olaraq qiymətləndirilir.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, İlon Mask “X”i tanışlıq saytına və hətta rəqəmsal banka çevirmək niyyətindədir.

Yayda Mask “Twitter”in rebrendinqini elan edib, bundan sonra sosial şəbəkədəki nəşrlər “tvit” deyil, “iks” adlandırılmağa başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər