29 C
Baku
Wednesday, July 3, 2024

Xakerlər bir neçə Ukrayna bankına hücum edib

Banker.az saytı Ukrayna Milli bankının (UMB) rəsmi bəyanatına istinadən xəbər verir ki, xakerlər Ukraynanın bir neçə bankına, həmçinin ölkənin bir neçə kommersiya və dövlət müəssisələrinə hücum edib.

Məlumatda hücumun təşkil edildiyi bank və müəssisələrin məhz olaraq hansı olduğu dəqiqləşdirilmir. UMB-nın verdiyi məlumatda həmçinin qeyd edilib ki, kiberhücum nəticəsində banklar müştərilərə xidmət edilməsi və bank əməliyyatlarının həyata keçirilməsi zamanı problem yaşayıb.

“Hazırda maliyyə sahəsində təhlükəsizlik və xaker hücumlarına qarşı bütün tədbirlər gücləndirilib” – deyə məlumatda son olaraq qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər