6 C
Baku
Sunday, December 15, 2024

Xakerlər nə qədər qazanır?

Kaspersky Lab ekspertləri xakerlərin hücum təşkil etməklə və xaker alətlərinin yaradılması ilə nə qədər pul qazandıqlarını hesablayıb. Hesablamalara görə, kiber cinayətkarların əldə etdikləri gəlir xərclərindən 20 qat çoxdur. Məsələn, hər hansı təşkilat və yaxud sosial şəbəkənin saxta səhifəsinin yaradılması fırıldaqçılara 150 dollara başa gəlir. Lakin onların tələsinə təqribən 100 insan düşərsə, bu fırıldaqçılar bundan 10 000 dollar qazana bilər.

Blok edən mobil troyan virusunun proqramının yaradılması və yayılması hazırda xakerlər üçün əhəmiyyətli dərəcədə baha başa gəlir. Təqribən 1000 dollar. Lakin xakerlərin buradan da əldə etdikləri qazanc itkilərindən çoxdur. Fırıldaqçıların smartfonun blokunu açmaq üçün təyin etdikləri məbləğ isə 10 dollardan 200 dollara qədər dəyişə bilər. Bu da o deməkdir ki, 100 potensial zərərçəkmişdən fırıldaqçılar 20 000 dollar qazana bilər.

Bank troyan virusunun işə düşməsi halında birbaşa olaraq istifadəçilərin pullarına “ova çıxmış” xakerlər əhəmiyyətli gəlir əldə edə bilirlər. Sözügedən virusun əldə edilməsinə və lazımi spam-keçidlərə 3000 dollar xərcləməklə kiber cinayətkarlar 72 000 dollar qazanmaq şansı əldə edirlər. Bu halda 1 zərərçəkmiş istifadəçinin itirdiyi orta məbləğ 722 dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər