®2023-cü ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 13.1% artaraq 2 700.68 mln manat, kredit portfelinin həcmi 25.9% artaraq 1 811.3 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 1 901.5 mln manat təşkil etmişdir ki, bu da 2022-ci ilin I rüb göstəriciləri ilə müqayisədə 21.4% çoxdur.
2023-cü ilin ilk rübünün sonuna Bankın xalis mənfəəti 11.2 mln manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünün sonuna olan göstəricidən 59.8% daha çoxdur. Hesabat dövrünə Bankın cəmi kapitalı 479.4 mln manat təşkil etmişdir.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.