15 C
Baku
Friday, March 29, 2024

“Xalq Bank” ilin 3 rübü ərzində 26 mln. manat xalis mənfəət əldə edib

ASC “Xalq” bankı 2020-ci ilin 3-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

“Xalq Bank”ın faiz gəlirlərinin həcmi 78.97 mln. manata, faiz xərcləri isə 14.76 mln. manat olub. Bu da bankın xalis faiz gəlirinin bu il 59.33 mln. manat olması deməkdir.

Bununla belə bankın qeyri-faiz gəliri 23.55 mln. manat, qeyri-faiz xərci isə 36.97 mln. manat olub.  Bununla da bankın cari ilin ilk 9 ayı üzrə əməliyyat mənfəəti 45.92 mln. manat təşkil edib ki, bu da əməliyyat mənfəətinin illik müqayisədə 31% artması deməkdir.

Bank 14.06 mln manat problemli kreditlər üzrə ayırma edib, 6 mln. manat mənfəət vergisi ödəmiş və beləliklə bankın xalis mənfəəti 25.93 mln. manat xalis mənfəət edib. Öncəki illə müqayisədə bu il xalis mənfəətini 6% artırmalı olub.

BALANSI

Bankın aktivlərinin həcmi 2020-ci ilin 1 oktyabrına 2 mlrd. 295.23 mln. manat olub. Aktivlərinin 1 mlrd. 537.6 mln. manatı müştərilərə verilən kredit, 1 mlrd. 547.09 mln. manatı qiymətli kağızlar, 24.65 mln. manatı “nostro” hesablar və s. olmuşdur.

Bankın öhdəlikləri hesabat dövrünün sonuna  1 mlrd. 857.57 mln. manat olmuş, bunun 1 mlrd. 539.47 mlrd. manatı depozitlər, 51.20 mln. manatı “loro” hesablar və 190.28 mln. manatı digər maliyyə institutlarının depozitləri təşkil etmişdir.

Hazırda bankın cəmi kapitalı 1 oktyabr 2020-ci il tarixinə 437.65 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər