6 C
Baku
Sunday, December 15, 2024

“Xalq Bank” ilk yarımili mənfəətlə bağlayıb

“Xalq Bank” ASC bu ilin I yarımilliyini 5 milyon 820 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

50 MİLYON MANATDAN ÇOX GƏLİRİ OLUB

Yanvar-iyun aylarında “Xalq Bank”ın  gəlirləri 52 milyon 834 min manat, xərcləri 35 milyon 932 min manat, xüsusi ehtiyatlara ayırmaları 8 milyon 192 min manat, mənfəət vergisi ödəmələri isə 2 milyon 942 min manat təşkil edib.

BANK BÖYÜYÜB

Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 222 milyon 172 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2.5% çoxdur. Ötən ilin sonunda isə bankın aktivləri 2 milyard 353 milyon 91 min manat olub. Bunun 1 milyard 405 milyon 348 min manatı müştərilərə verilmiş kreditlərdir.

KAPİTALI ARTIB

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 7% azalaraq 1 milyard 785 milyon 357 min manat, balans kapitalı isə artaraq 436 milyon 815 min manata çatıb.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364 milyon 773 min manatdır. Bankın səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 33.85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 16.15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər