5 C
Baku
Saturday, December 14, 2024

Xalq Bank MasterCard-dan mükafat aldı®

Xalq Bank Azərbaycanda MasterCard qlobal ödəniş sisteminin debit kartların sayını ən çox artıran üç bankdan biridir. Bununla bağlı 10 dekabr tarixdə JW Marriott Absheron hotelində 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə Bank  MasterCard tərəfindən xüsusi sertifikatla təltif edilib. 

Xatırladaq ki, Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. 2017-сi ilin mart ayında Xalq Bank və MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycanda ilk dəfə olaraq premium “World Mastercard Black Edition” kartını təqdim etmişdilər. Hazırda MC Debit, MC Standard, MC Business, MC Gold və MC Black Edition kartları Xalq Bankın istənilən filialında təqdim edilir. 

Xalq Bankın kartları haqqında ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

 

 

Son xəbərlər
Digər xəbərlər