6 C
Baku
Monday, December 16, 2024

“Xalq Bank” səhmdarlarına 5 mln. manat dividend ödəyib

“Xalq Bank” ASC 2022-ci ilin yanvarında səhmdarlarına dividend ödəyib.

Banker.az bu barədə əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, bank səhmdarlarına 5 445 450 manatlıq dividend ödəyib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində bankın balansında 66 330 570 manatlıq bölüşdürülməmiş mənfəət var idi. Bölüşdürülməmiş mənfəəti bu dividenddən sonra 1 aprel 2022-ci il tarixinə 67 132 220 manat təşkil edib.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364.77 mln. manatdır. Bankın səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 33.85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 16.15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər