“Xalq Bank” ASC-də kadr təyinatı baş tutub.
Banker.az xəbər verir ki, “Xalq Bank”ın İşlər idarəsinin rəisi vəzifəsinə Əsgər Məmmədov təyin edilib.
Bununla da idarə rəislərinin sayı 13-dən 14-ə yüksəlib.
Xatırladaq ki, “Xalq Bank” ASC 2004-cü ildə yaradılıb və nizamnamə kapitalı hazırda 225,08 mln. manat təşkil edir.