11 C
Baku
Wednesday, December 11, 2024

“Xalq Bank”dan 14 milyon manatdan artıq mənfəət

“Xalq Bank” ASC bu ilin 3-cü rübünü 14 milyon 243 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 25 milyon 935 min manat olub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Xalq Bank”ın əməliyyat gəlirləri 78 milyon 554 min manat manat, əməliyyat xərcləri 54 milyon 330 min milyon manat, xüsusi ehtiyatlara ayırmaları 5 milyon 627 min manat təşkil edib.

Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 221 milyon 242 min manat olub. Ötən ilin eyni aylarında isə bankın aktivləri isə 2 milyard 295 milyon 228 min manat olub. Bunun 1 milyard 413 milyon 848 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 4.4% azalaraq 1 milyard 776 milyon 342 min manata, o cümlədən depozit portfeli 7.4% azalaraq 1 milyard 426 milyon 132 min manata düşüb, balans kapitalı isə 2% artaraq 444 milyon 900 min manata çatıb.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364.773 milyon manatdır. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər