“Xalq Bank” ASC-nin cəmi aktivləri artıb.
Banker.az xəbər verir ki, bu barədə Bankın 1 dekabr 2017-ci il tarixinə olan hesabatında bu barədə deyilir.
Bank 2017-ci ilin yanvar-noyabr tarixinə olan hesabtında deyilir ki, bankın cəmi akivləri 1 mlrd. 827 mln. Azərbaycan manatı təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisdə 52,96 mln. artması deməkdir. Lakin, bu göstərici bankın tarixində ən böyük göstəricidir.
Bankın depozit portfeli hazırda 1 mlrd 190,788 mln. manat təşkil edir. Bunun da, 1 milyard 19,63 mln. manatı fiziki şəxlərdən cəlb olunan tələbli depozitlərdir. Məlumat üçün qeyd edək ki, ötən ilin anoloji dövrü ilə müqayisədə 627 min manat azalma deməkdir.
Hesabat dövründə, bankın cəmi kapitalı 258,333 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 mln. manat artması deməkdir.
“Xalq Bank” ötən ilin 11 ayının sonunda ümümi faiz gəlirləri 91,29 mln. manat olmaqla 16,96 mln. manat xalis mənfəətlə bitirə bilib.
Qeyd edək ki, Xalq Bank-ın nizamnamə kapitalı hazırda 225 mln. manatdan çoxdur.