10 C
Baku
Wednesday, December 11, 2024

“Xalq Bank”ın plastik kartları hesab.az-da ikiqat bonus qazandırır  ®

Cari ilin mart ayının 1-dən başlayaraq Xalq Bankın plastik kart sahibləri hesab.az-da ödəniş edərkən ikiqat bonus qazana biləcəklər. Bunun üçün hesab.az səhifəsində qeydiyyatdan keçmək, kommunal xidmətlərin, stasionar və mobil rabitə operatorların, kabel televiziyası və internet provayderlərin ödənişlərini bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir. Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artacaq (təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur).

Bundan əlavə, hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bankın MasterCard Gold plastik kartına dəyişə biləcəklər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 25000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Gold plastik kartına dəyişə bilərlər. Aksiya aprel ayının 30-dək qüvvədədir.

Həmçinin, 1-31 mart tarixlərdə veb-səhifə və ya mobil tətbiq vasitəsi ilə 100-200 AZN məbləğində kommunal ödəniş edən ilk 50 qeydiyyatlı istifadəçi Xalq Bankdan pulsuz MasterCard Gold, 200 AZN-dən yuxarı məbləğdə kommunal ödəniş edən ilk 10 qeydiyyatlı istifadəçi isə MasterCard Black Edition premium kartı qazanacaqlar.

Xalq Bankın plastik kartlarını bankın istənilən filialından əldə etmək mümkündür. Bankın kampaniya və aksiyaları, eləcə də plastik kartlar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən, eləcə də www.xalqbank.az saytından almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər