6 C
Baku
Sunday, December 15, 2024

“Xalq Bank”ın reytinqi “Moody’s” tərəfindən yüksəldilib

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” (“Moody’s”) Azərbaycanın ən iri dörd bankından biri “Xalq Bank” ASC-nin reytinqini yüksəldib.

Banker.az bu barədə reytinq agentliyinin Azərbaycan bankları ilə bağlı verdiyi qiymətləndirməyə istinadən xəbər verir.

“Xalq Bank”ın əsas kredit qiymətləndirilməsini (BCA) b3-dən b2-yə, uzunmüddətli depozit reytinqini B3-dən B2-yə kimi yüksəldib.

Bankın BCA və düzəliş edilmiş BCA-sının b3-dən b2-yə yüksəldilməsi onun yaxşılaşmış aktiv keyfiyyəti, eləcə də güclü kapital adekvatlıq səviyyəsini əks etdirir.

“Xalq Bank”ın problemli kreditlərin ümumi kreditlərdə payı 2020-ci ildə 12.8% olduğu halda, 2021-ci ilin sonunda 5.8%-ə düşüb. Agentlik bunu hökumət dəstəyi proqramı, koronavirus pandemiyasının azalan təsiri və yaxşılaşan əməliyyat mühiti ilə əlaqələndirir.

Bankın səhm kapitalının cəmi aktivlərə nisbətinin 2021-ci ilin sonuna 19% olması onun banka istənilən gözlənilməz kredit itkilərini udmaq üçün yaxşı bufer təmin edildiyi əlavə edilir.

“Moody’s” rəyi verərkən Azərbaycan banklarının kifayət qədər həcmdə xarici valyuta daxilolmalarını təmin edən yüksək neft qiymətləri sayəsində daha güclü iqtisadi aktivlik və sabit valyuta ilə dəstəklənən yaxşılaşan əməliyyat mühitindən faydalanacağını nəzərə alıb.

 

Son xəbərlər
Digər xəbərlər