Xalq Bankın şöbə müdiri Həmidov Mixail Hamlet oğlu Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Banker.az bu barədə “Haqqın.az”a istinadən xəbər verir.
Həmidov Mixail Hamlet oğlu 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2005-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vurduqdan sonra kəşfiyyatçı kimi xidmət etməyə başlayıb. 2011-ci ildə Mixail Silahlı Qüvvələr sıralarından istefa verib. O, rus, ingilis və erməni dillərini mükəmməl bilib. Hərbi xidmətdən sonra bank sektorunda işə düzəlib, 2015-ci ildə isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb.
Həmidov Mixail 2016-cı ildən “Xalq Bank”da çalışmağa başlayıb, Mixail Mingəçevir filialının direktoru idi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə baş leytenant Həmidov Mixail Hamlet oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.