“Xalq Həyat Sığorta” ASC 2022-ci ili 1 milyon 824 min manat mənfəətlə başa vurub. Şirkət 2021-ci ildə 1 milyon 392 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 31% artım deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Xalq Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 6 milyon 521 min manat, əsas əməliyyat xərcləri isə 4 milyon 248 min manat təşkil edib. 2021-ci ildə isə sığorta şirkətinin cəmi gəlirləri 5 milyon 184 min manat, cəmi xərcləri isə 3 milyon 686 min manat olub.
Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta”nın aktivləri 27 milyon 476 min manat olub ki, bu da 1 il əvvələ 16.3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25% artaraq 10 milyon 199 min manata, balans kapitalı isə 12% artaraq 17 milyon 277 min manata çatıb.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.