11 C
Baku
Saturday, May 11, 2024

“Xalq Həyat”ın İdarə Heyətinə təyinat olub

“Xalq Həyat” ASC-nin İdarə Heyətində yeni seçilmiş xanımın üzvlüyü daimləşib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Aynurə Quliyeva Toğrul qızın bundan sonra sığortaçının İdarə Heyətində üzv kimi daimi olacaq.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən A.Quliyeva “Xalq Həyat” ASC-nin İdarə Heyətində müvəqqəti üzv idi.

Hazırda o paralel olaraq sığorta şirkətinin baş mühasibidir.

“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər