8 C
Baku
Thursday, December 12, 2024

“Xalq Kapital İnvestisiya Şirkəti” böyüməkdədir

“Xalq Kapital İnvestisiya Şirkəti” 2018-ci ili 146,9 min manatlıq xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci ilin müvafiq dövrüylə müqayisədə 5 dəfə çoxdur.

 Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinad edərək xəbər verir.

“Xalq Kapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri 2018-ci ildə 28,4% artaraq 578,26 min manat , cəmi öhdəlikləri isə 33% azalaraq 38,326 min manat , cəmi kapitalı 37% artaraq 539,932 min manat təşkil edib.

Bildirək ki, bu investisiya şirkətinin cəmi gəlirləri 215,055 min manat olub. Belə ki, 2017-ci ilin analoji dövrüylə müqayisədə 3,5 dəfə çoxdur.

“Xalq Kapital İnvestisiya Şirkəti”nin 2018-ci ildə cəmi xərcləri 57,193 min manat olub ki, bu xərclərin 28,973 min manatı əmək haqqı və işçilərlə bağlı digər ödənişlərə, 27,632 min manatı ümumi və inzibati xərclərə, qeyri-maddi aktivlərin amortizasiyasına ayrılıb. Nəticədə, şirkətin gəlirləri xərcləri üstələyəndə 157,862 min manatlıq əməliyyat mənfəəti yaranıb.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər