6 C
Baku
Sunday, December 15, 2024

“Xalq Sığorta” şirkətinin yığımları üzrə itkiləri 18 milyon manatı ötdü

“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-noyabr ayında 20.073 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 18.033 mln. manat və ya 47% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 38.106 mln.manat təşkil edirdi.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Son xəbərlər
Digər xəbərlər