14 C
Baku
Friday, May 24, 2024

“Xalq Sığorta”da yeni təyinat

“Xalq Sığorta” ASC-də daxili audit xidmətinin rəhbəri təyin olunub.

Banker.az xəbər verir ki, vəzifəyə təyin olan şəxs Səfərov Roman Möhübbət oğludur.

O, Azərbaycan Dövlət İqtisad Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə təhsil alıb.

Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər