“Xalq Sığorta”da yeni təyinat olub

“Xalq Sığorta” ASC-də Korporativ satış departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, bu vəzifə Nəcəfzadə Araz Fuad oğluna həvalə edilib.

O, 2024-cü ilin oktyabr ayından 2026-cı ilin may ayına kimi Azərbaycan Dövlət Reklam Agentliyində Kommersiya departamentinin rəhbəri kimi çalışıb.

O, 2012-ci ildən sığorta sektorunda fəaliyyət göstərir. Peşəkar karyerası ərzində “PAŞA Sığorta” ASC, “Azərsığorta” ASC və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Sığorta, müştəri münasibətləri və biznesin inkişafı sahələrində uzunmüddətli rəhbərlik təcrübəsinə malikdir.

Araz Nəcəfzadə 2009–2013-cü illərdə Xəzər Universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər