7 C
Baku
Sunday, December 15, 2024

XalqKartı pulsuz əldə edin!

®Xalq Bank XalqKartı pulsuz əldə etmək imkanı yaradan kampaniyanı davam etdirir. 1-31 may tarixlərdə XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə ilkin mədaxilsiz və xidmət haqqı ödəmədən, yəni pulsuz təqdim ediləcək.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

AZN qalığına illik 8% əlavə gəlir;

ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər