10 C
Baku
Friday, October 25, 2024

Xamənei Şərqi Azərbaycana yeni nümayəndə təyin edib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei höccətülislam Şeyx Əhməd Mütahari Əsli Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi təyin edib.

Əli Xamənei iyulun 10-da bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, ondan əvvəl bu vəzifəni Seyid Məhəmməd Əli Haşimi tutub. O, bu il mayın 19-da İranın sabiq Prezidenti İbrahim Rəisi və başqa dövlət məmurları ilə birlikdə helikopter qəzasında həlak olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər