“Ajamiz Hotel” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldıldığını elan edir.
Banker.az xəbər verir ki, kreditorlar cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, habelə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər və bu barədə tələblərini bir ay ərzində AZ2600, Xankəndi şəhəri ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Ajamiz Hotel” MMC-nin nizamnamə kapitalı 2 milyon manatdır və qanuni təmsilçisi Əliyeva Nigar Akif qızıdır. Şirkətin hüquqi ünvanı Xankəndi Şəhəridir.







