2021-ci ilin yanvar-mart ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında məlumat verilib.
Siyahıya 40 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 15 milyon dollar ixrac həcmi ilə “P-Aqro” MMC gəlir.
Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” (11.8 milyon dollar), “Baku Steel Company” MMC (10.4 milyon dollar), “Sun Food” MMC-dir (10.3 milyon dollar).