16 C
Baku
Friday, April 26, 2024

Xaricdə təhsil almış gənclər üçün iş yarmarkası

“İİN-in rəsmi saytında xaricdə təhsil almış gənclər üçün qeydiyyat səhifəsi yaradılıb”.

Bakıda xarici ölkələrdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin (İİN) təklifinə əsasən, xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər haqqında məlumat toplanması və onların işlə təmin edilməsi üçün Nazirliyin Strateji planlaşdırma şöbəsinin nəzdində İnsan kapitalının inkişafı sektoru yaradılıb.

Bildirək ki, hazırda xaricdə təhsil almış gənclər haqqında məlumatların müvafiq yerli və xarici qurumlardan yığılaraq bazaya daxil edilməsi sahəsində işlər görülür.

Bundan başqa, İİN-in rəsmi saytında xaricdə təhsil almış gənclər üçün qeydiyyat səhifəsi yaradılıb. Səhifədə qeydiyyatdan keçən gənclər iş axtarışında olduqlarını qeyd etdikləri təqdirdə onlar haqqında məlumatlar mütəmadi olaraq müvafiq dövlət orqanları və müəssisələrinə göndərilir.

Qeyd edək ki, hazırda qeydiyyat səhifəsinin səmərəliliyinin artırılması məqsədilə təkmilləşdirmə işləri aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər