13 C
Baku
Saturday, May 18, 2024

Xaricdə təhsil üzrə Dövlət Proqramı təsdiqləndi

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Banker.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev öz rəsmi Facebook səhifəsində məlumat verib. Nazir paylaşımında belə qeyd edib:

“Cənab Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində əsasən magistratura səviyyəsi üzrə təhsil alacaq. Gənclərin müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etmək məqsədilə verilmiş Sərəncama görə cənab Prezidentə təşəkkür edirik”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər