17 C
Baku
Wednesday, May 1, 2024

Xaricdən Azərbaycana ən çox bu mallar sifariş olunub

“İxrac İcmalı”nda 2021-ci ilin aprel ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. 2021-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 164,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin aprel aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, biyan kökü, pambıq yağı, toyuq yumurtası, çay, mühərrik yağı, şərab, tikinti materialı, qənnadı məhsulu, bal, alma, tekstil, nar şirəsi, zəfəran, noxud, enerji içkisi və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 aprel tarixinə kimi (52 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 359 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər