2020-ci ilin 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 milyon 698 min dollar dəyərində 3 min 239 ton süd idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin 4 ayı ilə müqayisədə 2020-ci ilin 4 ayında süd idxalı məbləğ ifadəsində 1 milyon 930 min dollar artıb, miqdar ifadəsində isə 505 ton artıb.
2019-cu ilin 4 ayında Azərbaycana 3 milyon 768 min dollar dəyərində 2 min 734 ton süd idxal edilmişdi.