10 C
Baku
Thursday, December 12, 2024

Xarici avtomobillərə yol vergisi necə hesablanacaq?

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi, oxlarının sayı, yüklə birlikdə ümumi çəkisi, oturacaq yerlərinin sayı və Azərbaycanda qaldığı müddət nəzərə alınacaq.

Həmçinin bu zaman respublika ərazisində qət edilən məsafə də diqqətdə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər