14 C
Baku
Saturday, November 23, 2024

Xarici borc və dövlət zəmanəti üzrə limitlərin artırılması əsaslandırılmayıb

2025-ci il üçün Azərbaycan Respublikasının daxili borclanmasının yuxarı həddi 2 milyard manat, xarici borclanmanın yuxarı həddi 3 milyard 500 mln. manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 2 milyard manat müəyyən edilib.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilib ki, növbəti ildə limitin cari ilə nisbətən daxili borclanma üzrə 25,9% azaldılması, xarici borclanma və dövlət zəmanəti üzrə isə müvafiq olaraq 105,9% və 81,8% artırılması nəzərdə tutulub. Lakin bu limitlərlə bağlı əsaslandırmalar təqdim edilməmiş, bunun isə yeni borclanmaların maliyyə dayanıqlılığına, risk profilinə təsirlərinə dair dəqiq qiymətləndirmələrin aparılmasını məhdudlaşdırdığı qənaətinə gəlinib

Qeyd edilib ki, 2024-cü il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard 700 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 700 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 1 milyard 100 mln. manat məbləğində təsdiq edilib.

Təqdim olunan məlumatlara əsasən, 2024-cü ilin ilk 6 ayında dövlət istiqrazlarının emissiyasından əldə edilən vəsaitlər yalnız xarici və daxili borcların təkrar maliyyələşməsinə yönəldilmiş, daxili borclanma limitindən istifadə edilməmiş, xarici dövlət borclanması və dövlət zəmanətlərinin verilməsi də həyata keçirilməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər