Xarici iş adamlarının Gürcüstana səfərinə icazə verilib

Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək.

Bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib.

O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır.

Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar: “Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər