10 C
Baku
Friday, December 13, 2024

Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılıb

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği bu gündən artırılıb.

Bu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya

dəyişdirildikdə:

– bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata

– on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

– bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

– on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

– bir yaşınadək uşaqlar üçün –40 manatdan 55 manata;

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

– on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

– on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata

Beş iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün– 30 manatdan 40 manata

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata

– on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata

Bir iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün– 50 manatdan 65 manata;

– bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;

– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;

– on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata;

Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.

Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:

– on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)

– üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)

– bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 30 manat (əvvəl bu məblğ 25 manat nəzərdə tutulmuşdu).

Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.

– Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan

Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və

müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata,

– Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata;

– Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı

olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında

sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata;

– Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər