Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin öncəsi xarici vətəndaşlar mart ayında 164,3 milyon manat (26,44%) əmanətlərini geri çəkiblər.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyri-rezidentlərin depozitləri 1 aprel 2020-ci il tarixində 457 mln. manat təşkil edib. Bunun 111,8 mln. manatı Azərbaycan milli valyutasında 345,1 milyon manatı isə xarici valyutada olan vəsaitlər təşkil edib.
Diqqət çəkən məqam isə xarici vətəndaşlar ən çox da məhz xarici valyutada qoyduqları əmanətləri götürüblər. Bildiyimiz kimi mart ölkənin xarici iqtisadi şokların təsirindən (koronavirus, neft ucuzlaşması) bir qədər “narahatlıq” müşahidə edilmişdi.
Xarici vətəndaşlar mart ayında əsasən, milli valyutada olan depozitlərinin 13,5 mln. manatını (10,8% azalma) və xarici valyutada isə 150,8 milyon manatını (30.4% azalma) geri çəkməli olublar. Ümumilikdə bu müşahidə illərə nəzər yetirdikdə sonuncu dəfə bu qədər azalmanı 2019-cu ilin yanvarında cəmi 20% kəskin azalma müşahidə edilmişdi. Göründüyü kimi son bir ildə xarici vətəndaşlar tərəfindən ən böyük faizli əmanət azalması müşahidə edilib. Mart ayında analoji hadisə Rusiya Federasiyasında da baş vermişdi.
Qeyd edək ki, fevral ayında əcnəbi vətəndaşların depozitlərinin həcmi 621,3 mln. manat təşkil edirdi. Ötən ilin martında isə 606,7 mln. manat təşkil edib.