6 C
Baku
Sunday, December 15, 2024

Xarici vətəndaşların müddəti keçmiş pasportla Rusiyadan öz ölkəsinə qayıtmasına icazə veriləcək

Rusiyada sənədlərinin müddəti bitmiş əcnəbilər dövlət sərhədindən öz ölkəsinə buraxılacaqlar.

Bu barədə Dövlət Duması müvafiq düzəlişi qəbul edib.

Düzəlişə əsasən, artıq əcnəbinin dövlət sərhədindən vətəndaşı olduğu ölkəyə keçməsinə, əgər sənədlər şəxsiyyətini təsdiq etməyə imkan verərsə, istifadə müddəti bitmiş və ya texniki nasazlığı olan sənədlərdən istifadə etməklə icazə verilir.

Qeyd edək ki, indiyə kimi pasportunun müddəti bitmiş xarici vətəndaş öz ölkəsinə qayıtmaq üçün konsulluqdan qayıdış kağızı almaq məcburiyyətində idi. Müvafiq dəyişiklik Rusiyada olması üçün heç bir hüquqi əsası olmayan xarici vətəndaşlar üçün ölkədən çıxarılma rejiminin tətbiqinə yönəlmiş qanun layihəsinin bir hissəsidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər