12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda ticarət sektoruna verilən “dollar kreditləri” yenidən aktivləşir

Azərbaycanda bankların ticarət və xidmət sektoruna verdiyi kreditin həcmi 1 avqust 2019-cu il tarixində 2,28 mlrd. manata yaxın olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin 1 avqust 2019-cu il tarixinə olan statistikasında deyilir.

Bu göstərici ilə, bu sahələrə verilən kredit qoyuluşunun ötənilkindən 13% daha çox olması deməkdir.

Ticarət və xidmət sahələrinə verilən kreditlərin əsası, yəni 2,27 milyard manata yaxını özəl sektora verilən kreditlərdir.

Bu portfelin 1,28 mlrd. manatı milli valyutada,  1 mlrd. manatdan çoxu isə xarici valyutada verilən kreditlərdir.

Milli valyutada olan kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%,  xarici valyuta ilə verilən kreditlər isə 15% artıb.

 

Son xəbərlər
Digər xəbərlər