2024-cü il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar aparılan araşdırmanın nəticəsi olaraq 280 inzibati xəta haqqında iş üzrə toplanmış materiallar məhkəmə orqanlarına, 826 cinayət xarakterli fakt üzrə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən 37 inzibati xəta haqqında işə baxılaraq 34 iş üzrə 132,4 min manat məbləğində cərimə tətbiq edilmiş, 3 iş üzrə inzibati xəta haqqında icraata isə xitam verilib.