1 C
Baku
Saturday, December 14, 2024

Xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb

Azərbaycanda kreditlərin dollarlaşması azalmaqda davam edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Məlumata görə, bu il martın 1-nə ölkə üzrə kredit portfelinin 39,4%-ni xarici valyutada, o cümlədən ABŞ dollarında verilmiş kreditlər təşkil edib. Bu nisbət fevralın 1-nə 40,8%, ilin əvvəlinə isə 40,9% olub.

Fevralın sonuna xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 19,6% təşkil edib. Bu nsibət yanvarın sonuna 18,7%, ötən ilin sonuna isə 17,4% təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər