Xaricilər Azərbaycan banklarındakı əmanətləri yenidən geri çəkir

Azərbaycanda ötən ayda qeyri-rezidentlər yenidən əmanətlərini geri çəkməyə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik rəqəmlərində qeyd edilir.

Banklarda 1 dekabr tarixinə əcnəbi vətəndaşların əmanətlərinin cəmi həcmi 2.5 faiz azalmaqla 274.8 mln. manata düşüb. Bu azalma cari ilin fevral ayından başlayıb. Belə ki, yanvarda 423.1 mln. manat olduğu halda, fevral ayının sonuna 621.3 milyon manata yüksəlmiş, növbəti aylarda pandemiyanın ölkəmizdə ayaq basmasından sonra isə azalma tendensiyası ilə  davam etmişdir.

Nəticədə oktyabr ayının sonuna əcnəbilərin əmanətlərinin həcmi anti-rekord 281.3 mln. manata düşüb. Oktyabrda isə 9 aylıq davam edən bu azalma səngiməklə cüzi artımla 281.8 mln. manata yüksəldi.

Hazırkı statistik rəqəmlərə əsaslansaq, qeyri-rezidentlərin əmanətlərinin azalmasına səbəb xarici valyutada olanlarının 4.7 faiz azalmasıdır. Oktyabrda qeyri-rezidentlərinin xarici valyutada olan əmanətlərinin həcmi 179.6 mln. manat ekvivalentində olduğu halda, bu, noyabrda 171.2 mln. manata qədər azalıb. Milli valyutada isə 102.2 mln. manatdan 103.6 manata yüksəlib.

Xatırladaq ki, AMB-nin noyabr ayına olan rəsmi rəqəmlərinə görə bankların xarici öhdəliklərinin həcmində azalma müşahidə edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.