16 C
Baku
Wednesday, May 1, 2024

Xarxar mis yatağında 106 min tonluq mis var – “Anglo Asian Mining”dən açıqlama

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” Xarxar mis yatağında Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq 24.9 milyon ton mineral olduğunu açıqlayıb ki, burada da mis olma əmsalı 0.48 faizdir.

Bu barədə Şirkətdən Banker.az-a bildirilir.

Beləliklə, araşdırmaların nəticələrinə görə, 106 000 ton mis daxil olduğu 22 milyon ton minerallaşma var.

Bildirilir ki, ilk Mineral Ehtiyatların Qiymətləndirilməsi üçün ümumi uzunluğu 21 707 metr olan 66 qazma quyusu istifadə edilmişdir.

Yeraltı qazma və nümunələrin götürülməsi üçün 470 metr kəşfiyyat zolağı qazılıb.

“Əminik ki, Xarxar mədəni gələcək hasilatımıza əhəmiyyətli töhfə verəcək və Şirkətə gələcək artım və səhmdarlara cəlbedici gəlirlər təqdim etməyə imkan verəcək “, – deyə şirkətin vitse-prezidenti Stefan Vesthid bildirib.

 

2 2

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər