Xersonda komendant saatı tətbiq edildi

Ukraynanın Xerson vilayətində komendant saatı tətbiq edilib.

Bu haqda teleqramda Xerson hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.

“Komendant saatı 17:00-dan 08:00-dək davam edəcək. Bu zaman yerli sakinlərin küçələrdə və digər ictimai yerlərdə olması qadağandır”, – Yanuşeviç bildirib.

 

Son xəbərlər
Digər xəbərlər