8 C
Baku
Friday, December 13, 2024

Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

Bir çox vergi ödəyiciləri müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulur və müəyyən xeyriyyə aksiyalarına maddi dəstək göstərirlər. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu məsələyə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Misal: “BB” MMC xeyriyyə məqsədilə daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30.000 manat ödəniş etməyə qərar verir. Vergi qanunvericiliyi vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsinə yol vermir.

Vergi Məcəlləsindəki bu qadağa sui-istifadə hallarının qarşısı almaq məqsədi daşıyır. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

İdman və mədəniyyət fəaliyyətləri ilə bağlı Vergi Məcəlləsində qüvvədə olan güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir.

Son xəbərlər
Digər xəbərlər