Çinin mobil telefon istehsalçısı “Xiaomi” avtomobil istehsal edəcək.
Hazırda şirkət modelin hazırlanması üzərində işə başlayıb.
Yeni avtomobil barədə təfərrüatlar açıqlanmasa da, onun off-roder olacağı deyilir.
İlkin məlumatlara görə, “Xiaomi” avtomobili görünüşcə “Suzuki Jimny” və ya “Mercedes G-class”a bənzəyəcək.
Avtomobilin nə vaxt təqdim olunacağı barədə məlumat verilməyib.