11 C
Baku
Wednesday, December 11, 2024

“Xiaomi” elektromobillərin istehsalına $10 mlrd. sərmayə qoyacaq

Ağıllı telefon istehsalında dünya liderlərindən biri olan “Xiaomi” şirkəti öz elektrikli avtomobillərinin istehsalına başlamaq planlarını rəsmi olaraq təsdiq edib.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin çərşənbə axması yayımladığı açıqlamada deyilir.

“Xiaomi”nin direktorlar şurasının verdiyi məlumata görə, bu yeni istiqaməti inkişaf etdirəcək törəmə müəssisənin yaradılması planlaşdırılır. İlkin mərhələdə bu müəssisəyə yatırımlar təxminən 10 milyard yuan (1.5 milyard dollar) təşkil edəcək. Önümüzdəki on ildə “Xiaomi” elektrikli nəqliyyat vasitələrinin istehsalına qoyulan ümumi sərmayə 10 milyard dollara çatacaq.

Xatırladaq ki, “Xiaomi” şirkətinin əsası 2010-cu ilin aprelində qoyulub və hal-hazırda o, dünyanın dörd ən böyük smartfon istehsalçılarından biridir. 2018-ci ildə şirkət Honkonq birjasında səhmlərinin ilkin kütləvi təklifini həyata keçirib. Keçən ilin dekabr ayının sonunda isə “Xiaomi”nin bazar kapitallaşması ilk dəfə 100 milyard dollar səviyyəsini aşıb.

Son xəbərlər
Digər xəbərlər