16 C
Baku
Thursday, March 28, 2024

“Xiaomi” enerji toplayan çıxışla təchiz edilməyən smartfon təqdim edəcək

Çinin “Xiaomi” şirkəti enerjinin doldurulması üçün çıxışa malik olmayan smartfon buraxacaq: qurğunun enerji toplaması simsiz üsulla həyata keçiriləcək. Bu barədə “Gizmochina” nəşri məlumat yayıb.

Port və çıxışla təchiz edilməyən smartfonların yaradılması imkanı şirkətin “HyperCharge” adlı simli və simsiz texnologiyasının təqdimatında müzakirə edilib.

Simsiz enerjidoldurma zamanı müvafiq blok smartfona 120 vatt gücündə enerji ötürə bilir. Texnologiya yaradıcılarının sözlərinə görə, “Xiaomi” şirkəti 2022-ci ildə “USB-С” çıxışı ilə təchiz edilməyən smartfon buraxacaq.

Həmçinin şirkət simli enerjidoldurmanın hələ də əsas enerji üsulu olmasının yeganə səbəbini açıqlayıb. Şirkət nümayəndələr qeyd edib ki, simli enerjidoldurma texnologiyası, eləcə də onun üçün infrastruktur hələ ki mükəmməl səviyyəyə gəlib çatmayıb.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər