2 C
Baku
Saturday, December 14, 2024

“Xiaomi” geyilə bilən cihazlar bazarında lider oldu

“Xiaomi” geyilə bilən cihazlar bazarında rəqibi “Apple”ı keçərək lider olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Canalys” tərəfindən dərc olunan məlumatlar geyilə bilən cihazlar bazarının 2021-ci ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5.6% artdığını göstərir. Bu müddət ərzində təxminən 40.9 milyon cihaz satılıb.

Çinin texnologiya nəhəngi “Xiaomi” 2021-ci ilin ikinci rübündə ən çox satılan marka olaraq “Apple”ı keçib. Xüsusilə, “Mi Smart Band 6” cihazının satışları rekord nəticələr verib.

Üçüncü yeri Çinin “Huawei”, dördüncü yeri isə “Fitbit” tutur. Qeyd edək ki, ilk beşliyi “Samsung” şirkəti tamamlayır. Ağıllı saat bazarında hələ də “Apple” (31.1%) liderlik edir. İkinci yerdə “Huawei” (9%), üçüncü yerdə “Garmin” (7.6%), dördüncü yerdə isə “Samsung” (7%) dayanır.

“Apple”ın üçüncü və dördüncü rüblərdə ağıllı saat bazarında liderliyini qoruyacağı gözlənilir. Xatırladaq ki, dördüncü rübdə şirkət “Watch Series 7” cihazını buraxmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər